Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və Biləcəri bələdiyyəsi sədrinin 2017-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi

17 yanvar 2018 | 11:00

17 yanvar 2018-ci il tarixdə 284 saylı məktəbin akt zalında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və Biləcəri bələdiyyəsi sədrinin 2017-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi. Hesabat yığıncağında  Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov, 1646 sakinlərin Müraciət Xidmətinin rəisi Anar Səfərov, İnformasiya təminatı və təhlil sektorunun müdiri Nicat Allahverdiyev, ərazi üzrə xidmət sahələrinin rəisləri və qəsəbə sakinləri iştirak etdilər. Hesabat yığıncağını  giriş  nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısı Aparatının  Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov qəsəbədə görülən və görülməsi nəzərdə tutulan işlərdən danışdı.Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi İbad İbrahimov və Biləcəri bələdiyyəsinin sədri  Hikmət Quliyev 2017-ci il ərzində qəsəbədə görülən işlər barəsində hesabat məruzəsi ilə çıxış etdilər. Hesabat məruzələr ətrafında çıxış edən qəsəbə sakinləri hesabat məruzələrinə  münasibət bildirdilər və qəsəbədə həlli vacib məsələlərə toxundular.Tədbirin yekununda çıxış edən Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında  səsləndirilən fikirlərə toxunaraq qeyd etdi ki, dünyada davam edən iqtisadi və maliyyə böhranı fonunda ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı davamlı şəkildə inkişaf etməkdədir. R.Göyüşov sonra qeyd etdi ki, Azərbaycan iqtisadiyyatının əsasını neft sənayesi təşkil etsə də, son illərin  inkişaf dinamikasının təhlili göstərir ki, ölkədə qeyri-neft sənayesi, ümumilikdə qeyri-neft sektorunun çəkisi sürətlə artmaqdadır. İqtisadiyyatın şaxələndirilməsi üçün dövlət başçısı cənab İlham Əliyevin imzaladığı sərəncamlar və təsdiq etdiyi inkişaf proqramları qeyri-neft sektorunda böyük canlanmaya səbəb olmuşdur. Daha sonra Ölkə Prezidentinin tapşırıqlarına müvafiq olaraq Binəqədi rayonunun  Azadlıq prospekti, Binəqədi şossesi və digər ərazilərində gedən abadlıq və quruculuq işlərindən geniş və ətraflı  danışan R.Göyüşov yekunda qəsəbə sakinlərini maraqlandıran sualları cavablandırdı.Sonda  2017-ci ilin yekunları ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və Biləcəri bələdiyyəsi sədrinin  hesabat məruzələrində əksini tapan nöqsan və çatışmazlıqların və sakinlər tərəfindən qaldırılan problemlərin həlli ilə əlaqədar  tədbirlər planının işlənib hazırlanması və icrasının nəzarətə götürülməsi barədə qərar qəbul edildi.

 

Keçidlər