Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 20 Yanvar şəhid ailələri və əlilləri ilə görüş keçirildi.

18 yanvar 2018 | 11:00

Yanvarın 18-də “20 Yanvar” Cəmiyyətinin Binəqədi rayon üzvləri ilə görüş keçirilmişdir. Təşkil olunan tədbirdə RİH başçısı Aparatının İctimai- siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev, BRİH yanında İctimai Şuranın sədri Aslan Mehdiyev və 20 Yanvar Cəmiyyətinin rayon şöbəsinin sədri Mübariz İsmayılov və cəmiyyətin üzvləri iştirak etmişdir. Onların problemləri ilə maraqlanılmış, birdəfəlik maddi yardım göstərilmişdir. 20 Yanvar Cəmiyyətinin rayon şöbəsinin üzvləri Cənab Prezidentin rəhbərliyi ilə ölkədə aparılan sosialyönümlü siyasətə yüksək qiymət verdilər və göstərilən diqqət və qayğıya görə Ölkə başçısına dərin təşəkkürlərini bildirdilər. Qeyd edək ki, məlum tədbir 20 yanvar hadisələrinin ildönümünə həsr olunmuş tədbirlər silsiləsi çərçivəsində keçirilmişdir.

 

 

 

Keçidlər