Şriftin ölçüsü :

Saytın rəngi :

“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində sağlamlıq imkanları məhdud gənclər üçün bədii-əyləncəli tədbir keçirildi.

29 yanvar 2018 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsi və 6 №-li Uşaq-Gənclərin İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 29 yanvar 2018-ci il tarixində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın icrasına uyğun olaraq və 2 Fevral - “Azərbaycan Gəncləri Günü” münasibətilə sağlamlıq imkanları məhdud gənclər üçün bədii-əyləncəli tədbir keçirilmişdir.Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov və YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev 2 Fevral - “Azərbaycan Gəncləri Günü” münasibətilə gəncləri təbrik edərək, onlara möhkəm cansağlığı, tədbirin ərsəyə gəlməsində göstərdikləri dəstəyə görə onların valideynlərinə təşəkkürlərini bildirmişlər.Sonra “İlahə” xalq çalğı alətləri ansamblı və istedadlı gənclərin ifasında konsert proqramı təqdim edilmişdir.

Keçidlər