Şriftin ölçüsü :

Saytın rəngi :

M.Ə. Rəsulzadə, Xocasən və Binəqədi qəsəbə bələdiyyələri tərəfindən vətəndaşların qəbulu keçirilmişdir

12 fevral 2018 | 11:00

19 yanvar 2018-ci il tarixdə keçirilmiş İcra inzibatçılığının gücləndirilməsi haqqında müşavirədə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tərəfindən RİH başçısı aparatında, tabeli qurumlarda və bələdiyyələrdə RİH başçısı tərəfindən verilmiş tapşırıqların, imzalanmış sərəncamların icra vəziyyətinə nəzarətin gücləndirilməsinə, vətəndaş müraciətlərinə baxılması, səyyar görüş və qəbulların, rəhbər şəxslərin qəbul günlərinin keçirilməsi işinin təkmilləşdirilməsinə,  rayon əhalisinə göstərilən kommunal xidmətlərin yaxşılaşdırılmasına, ictimai nəzarətin gücləndirilməsinə, ictimai aktiv əhali ilə ictimai birliklərlə, vətəndaş cəmiyyəti institutları ilə aparılan işin aktivləşdirilməsinə, yerlərdə əhalini narahat edən problemlərin həllinə yönəlmiş tədbirlərin gücləndirilməsinə, müxtəlif aidiyyatı qurumlar tərəfindən səyyar görüş və qəbulların keçirilməsinə, məmur vətəndaş münasibətlərində etik norma və qaydalara ciddi əməl olunmasının təmin edilməsinə, əməkdaşların icra intizamına görə məsuliyyətlərinin artırılmasına ehtiyac olduğu qeyd edilmişdir.
Müşavirədə verilmiş tapşırıqlarının icrası ilə əlaqədar olaraq M.Ə. Rəsulzadə, Xocasən və Binəqədi qəsəbə bələdiyyələri tərəfindən keçirilən vətəndaş qəbulunun görüntülərini Sizlərə təqdim edirik.

Keçidlər