Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun yanında müşavirə keçirildi

16 fevral 2018 | 11:00

Ölkə başçısı cənab İlham Əliyev tərəfindən keçirilmiş 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda qeyd edilmiş məsələlərlə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun yanında müşavirə keçirildi. Müşavirədə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının I müavini İlqar Süleymanov, müavinlər  Aygün Əliyeva və Vüsar İsmayılov, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov iştirak etmişlər. RİH başçısı Xaləddin İsgəndərov müşavirəni açaraq ölkəmizin iqtisadi inkişafının baza sütunlarından biri olan, sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası yerli icra hakimiyyətlərinin fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu qeyd etmişdir. Yerlərdəki bütün mövcud problemləri, insanları narahat edən sosial məsələləri əhatə edən Dövlət proqramları ölkəmizin dinamik inkişafını təmin etməklə yanaşı, bölgələrin potensialının artmasına və əhalinin rifahının yüksəlməsinə geniş şərait yaradıb.Natiq ölkə başçısı tərəfindən bölgələrə investisiyaların cəlb edilməsi sahəsində yerli icra hakimiyyətləri qarşısında qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə başçının müavinləri İlqar Süleymanov, Aygün Əliyeva və Vüsar İsmayılovun məlumatlarını dinlədi və həmin vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi barədə tapşırıq və tövsiyələrini verdi.

Keçidlər