Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda təcrübə keçən ASAN könüllülərinin və rayon gənclərinin Heydər Məscidi və Binəqədi Rayon bələdiyyəsi ilə tanış oldular

28 fevral 2018 | 11:00

28 fevral tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Rayon Bələdiyyəsinin təşkilatçılığı ilə ASAN könüllülərinin və rayon gənclərinin Heydər Məscidinə ziyarəti və Binəqədi Rayon bələdiyyəsi ilə tanışlığı həyata keçirilmişdir.  Tədbirdə BRİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev, Binəqədi Rayon bələdiyyəsinin sədri Sitarə Cabbarlı, DQİDK-nin Bakı şəhər şöbəsinin əməkdaşı Samir Yoldaşov, rayon gəncləri və ASAN könüllüləri iştirak etmişdirlər.
İlk olaraq Heydər məscidi ziyarət olunmuş və məscidin din xadimləri tərəfindən gənclərə məscid barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, məscid ölkə başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə inşa edilmiş və dünyada Vəhdət namazı qılınan yeganə din ocağıdır. Məscid azərbaycanlı memarlar tərəfindən “Abşeron memarlıq üslubu”nda inşa edilmişdir.
Ziyarətdən sonra Rayon bələdiyyəsində gənclərin bələdiyyə və onun fəaliyyəti ilə tanışlığı həyata keçirilmişdir. Tanışlıq görüşü çay süfrəsi arxasında səmimi söhbətlə davam etdirilmiş, gənclərlə dini radikalizmlə mübarizə barəsində profilaktik söhbət aparılmışdır. Çıxış edən bələdiyyənin sədri Sitarə Cabbarlı qonaqları salamlamış və görüşün məqsədi barədə məlumat vermişdir. Daha sonra söz BRİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyevə verilmişdir. Natiq nitqində qeyd etmişdir ki, ölkəmizdəki ictimai-siyasi sabitlik qorumalı olduğumuz ən böyük dəyərlərimizdən biridir və insanlarımızı bir-birinə dözümlülük göstərməsi, tolerantlığı bu sabitliyə böyük töhvə verir. Çıxış edən DQİDK-nin əməkdaşı Samir Yoldaşov da gəncləri radikal cərəyanlardan uzaq olmağa, elm və təhsilə diqqət ayırmağa səslədi. Tədbir gənclərin suallarının cavablandırılması ilə davam etdirildi.

Keçidlər