Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Çernobıl faciəsinin 32-ci ildönümü ilə bağlı tədbir keçirildi

26 aprel 2018 | 11:00

26 aprel 2018-ci il tarixdə YAP Binəqədi rayon Təşkilatının konfrans zalında Binəqədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “26 aprel - Çernobıl faciəsi”nin 32 ildönümü ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Elman Dadaşov, müdir müavini Şəmsi Gülverdiyev, ƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdir müavini Rafiq İsayev, İctimai Şuranın sədri Aslan Mehdiyev, Çernobil Əlilləri Cəmiyyəti Rayon şöbəsinin sədri və üzvləri, İctimai birliklərin sədrləri iştirak etmişdir.
Tədbiri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar ismayılov tədbiri giriş sözü ilə açaraq tədbir haqqında iştirakçılara məlumat vermiş və faciənin tarixi haqqında çıxış edərək bu gün  dövlətimiz tərəfindən Çernobıl əlillərinə yüksək diqqət və qayğı göstərildiyini diqqətə çatdırmışdır. Natiq çıxışında bildirmişdir ki, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşayan və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərən dövlətimiz bu gün bütün dünyaya sülh mesajını verən dövlətlərdən biridir.
Daha sonra çıxış edənlər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev, İctimai Şuranın sədri Aslan Mehdiyev, Çernobil Əlilləri Cəmiyyəti rayon şöbəsinin sədri Məhərrəm Əliyev, Çernobil əlili Xudadat Əliyev faciə haqqında danışaraq, dövlətimizin faciə qurbanlarına göstərdikləri diqqət və qayğıdan xüsusi bəhs etmişdirlər. Natiqlər çıxışlarında  faciə nəticəsində 7 minə yaxın insanın tələf olduğunu, 25000 çox insanın ömürlük şikəst olduğunu və on minlərlə insanın sonsuz qaldığını qeyd etmişdir.
Çıxışlar bitdikdən sonra RİH başçısının müavini V.İsmayılov Çernobıl əlillərinin sosial müdafiəsi üzrə Respublikamızda görülmüş işlər barədə iştirakçılara geniş məlumat verərək tədbiri yekunlaşdırdı.

 

Keçidlər