Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda "Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi" mövzusunda müşavirə keçirildi

18 may 2018 | 11:00

18 may 2018-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatı binasının konfrans zalında Binəqədi Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin əməkdaşları ilə birgə "Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi" mövzusunda müşavirə keçirilmişdir.
Müşavirəyə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının müavini Vüsar İsmayılov və Fövqəladə Bakı Regional Mərkəzinin rəis müavini, Kamil Bağırov sədirlik edirdirlər.
Tədbiri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsar İsmayılov açaraq, giriş nitqi ilə çıxış etdi.
Sonra, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda  Xilasetmə Dövlət Xidmətinin əməkdaşı Müvəssil Allahverdiyev "Su hövzələrində əhalinin təhlükəsizliyinin təmin olunması " mövzusunda çıxış etdi.
Daha sonra Binəqədi Rayon Bələdiyyəsinin sədr müavini Sabir Həsənov, 16 saylı  Təxirəsalınmaz Təcili Tibbi Yardım   Stansiyasının baş həkimi Arif  Yunisov,  Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Fədai Hacıyev və Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin müdiri Elman Seyidov çıxış edərək rayon ərazisində çimərliklərin yay mövsümünə hazırlıq ilə əlaqədar görülən işlər barədə hesabatlarını təqdim etdilər.
Tədbir çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi rayonun aidiyyəti təşkilatları ilə birgə su hövzələrində rayon əhalisinin təhlükəsizliyinin təmin olunması üçün müvafiq məqsədyönlü işlərin görülməsi, su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi işinin təşkili birinci və əsas məsələ olduğunu xüsusi ilə qeyd etmişlər.

Keçidlər