Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş növbəti tədbir keçirildi.

24 may 2018 | 11:00

24 may 2018-ci il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası YAP Gənclər Birliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cumhurriyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tədris işləri üzrə prorektoru Sirac Məmmədov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllim və tələbə heyəti iştirak edirdi.
Tədbirdə giriş nitqi ilə çıxış edən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tədris işləri üzrə prorektoru Sirac Məmmədov ilk öncə tədbir iştirakçılarını salamladı və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin bu cür təşəbbüsünü yüksək qiymətləndirdiyini qeyd etdi. Bildirdi ki, məhz 100 il əvvəl şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cumhuriyyəti yarandı. Azərbaycan Xalq Cumhuriyyətinin mövcudluğu tariximizin ən parlaq səhifələrindən biridir. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi “bu günkü müasir Azərbaycan Azərbaycan Xalq Cumhuriyyətinin varisidir”.
Daha sonra tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev qeyd etdi ki, cənab Prezidentin sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cumhurriyəti ili” elan edilməsi çox mühüm və əlamətdar haldır. Bu münasibətlə Azərbaycanın hər yerində, o cümlədən dünyanın müxtəlif mərkəzlərində Xalq Cumhurriyətimizin 100 illiyi qeyd olunur və bunun vasitəsilə də biz öz demokratik və dövlətçilik ənənələrimizi bir daha dünyaya nümayiş etdirmiş oluruq.
Sonda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının YAP Gənclər Birliyinin sədri Famil Qurbanov çıxış edərək ilk öncə Akademiyanın və YAP Binəqədi rayon təşkilatının rəhbərliyinə gənclərə göstərilən diqqətə və yaratdıqları bu cür şəraitə görə akademiyanın tələbələri adından təşəkkürünü bildirdi. Daha sonra qeyd etdi ki, Azərbaycan xalqı çox qədim tarixi köklərə malikdir. Tariximizə nəzər saldıqda nə qədər zəngin və şərəfli keçmişə malik olduğumuzu görmək mümkündür. 100 il əvvəl Azərbaycan Xalq Cumhuriyyətinin yaranması da tarixi hadisə idi. Bu tarixə sahib çıxmaq isə hər bir Azərbaycan gəncinin borcudur.
Rəsmi hissə başa çatdıqdan sonra “Parisdən Məktublar” filminə baxış keçirildi.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.

Keçidlər