Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 2017-2018-ci tədris ilinin başa çatması münasibətilə "Son zəng" tədbiri keçirildi

14 iyun 2018 | 11:00

2017-2018-cı tədris ilinin başa çatması münasibətilə 276 nömrəli tam orta məktəbdə də "Son zəng" keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, məktəbin şagird heyəti və müəllim kollektivi, həmçinin valideynlər iştirak etmişlər.
Məzunların buraxılış tədbiri dövlət himninin səsləndirilməsi ilə başladı. Məzunları təbrik edən məktəbin direktoru əməkdar müəllim Bəhram Şiriyev gələcəyimiz olan bu gənclərin müstəqil dövlətin vətəndaşı olaraq Azərbaycanın həyatında müstəsna xidmətlər göstərəcəklərinə inamını ifadə etdi.
Daha sonra çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov məzunları təbrik etdi və onlara gələcək həyatlarında uğurlar arzuladı.
Məktəbin şagird və müəllim kollektivini məzun günü münasibəti ilə təbrik edən Binəqədi Rayon İcra Hakmiyyətinin başçısı Elxan Allahverdiyev müstəqil həyata ilk addımlarını atan məzunlara gələcək fəaliyyətində uğurlar arzuladı. Bildirildi ki, bu gün ölkəmizdə təhsilin dünya standartları səviyyəsində qurulması dövlət tərəfindən Azərbaycan təhsilinə göstərilən diqqət nəticəsində reallaşır. E.Allahverdiyev məzunlara hansı peşəyə yiyələnməsindən asılı olmayaraq öz bilik və bacarıqları ilə dövlət başçısının rəhbərliyi ilə günbəgün tərəqqi edən Azərbaycanın inkişafına töhfələr verməyi və dövlətimiz üçün layiqli vətəndaş olmalarını arzuladı. Sonda məktəbin il ərzində dünya, Avropa və başqa beynəlxalq yarışlarda nailiyyətlər qazanmış şagirdlərlə görüşüb söhbət edən Rayon İcra Hakimiyyətinin başçısı E.Allahverdiyev onlarla xatirə şəkli çəkdirdilər.  
Mərasimdə məzunların və məktəblilərin hazırladıqları bədii kompozisiyalar, ifa etdikləri mahnılar və rəqslər iştirakçılar tətərəfindən maraqla qarşılandı. Sonra məzunların sevinc və həyəcan dolu duyğularla gözlədikləri onbirillik məktəb həyatının sonuncu zəngi çalındı.

Keçidlər