Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda qəzalı binalarda və ağır şəraitdə yaşayan məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsi davam etdirilir

01 avqust 2018 | 11:00

Qəzalı binalarda və ağır şəraitdə yaşayan məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsi davam etdirilir. Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Qobu Park” yaşayış kompleksinə köçürülmə üçün növbəti püşkatma Binəqədi rayonunda baş tutub. Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış komissiyanın üzvləri, Binəqədi Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının müavinləri və məcburi köçkün icmalarının nümayəndələri iştirak ediblər.
Püşkatmada Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi H.Məmmədquluzadə küçəsindəki, Səhiyyə Nazirliyinin təmir-tikinti idarəsinin balansında olan 7 saylı inzibati binada və Səttar Bəhlulzadə küçəsi 23 ünvanında yerləşən 3 saylı fəhlə yataqxanasında ağır şəraitdə yaşayan məcburi köçkünlər iştirak ediblər.
Məcburi köçkün ailələri növbə ilə püşk çəkərək, Qaradağ rayonu Lökbatan qəsəbəsinin ərazisində yeni salınmış “Qobu Park” yaşayış kompleksində əvvəlcədən ayrılmış otaq sayı üzrə, hansı binada və neçənci mənzildə yaşayacaqlarını müəyyənləşdiriblər.
Ümumilikdə 103 ailəyə yeni mənzillərin orderləri təqdim edilib.
Keçirilmiş püşkatmaya uyğun olaraq Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət komitəsinin, Binəqədi Rayon İcra Hakimiyyətinin və kommunal xidmət təşkilatlarının nümayəndələrinın iştirakı ilə məcburi köçkünlərin siyahıya uyğun olaraq yeni mənzillərə köçürülmə prosesi başlamışdır. Yeni mənzillərə köçmüş bütün ailələr adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Ölkənin I xanımı, Mehriban Əliyevaya sonsuz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Əminik ki, Ali baş komandanın rəhbərliyi ilə torpaqlarımızın azad olunduğu və məcburi köçkünlərimizin daimi yurd-yuvalarına qayıdacağı fotoları Sizlərə təqdim edəcəyik.

Keçidlər