Şriftin ölçüsü :

Saytın rəngi :

Məcburi köçkün icmalarında yaşayan qadınlar və xüsusi ilə gənc qızlar üçün məişət zorakılığının qarşısının alınması üçün maarifləndirmə tədbirləri Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi ilə mütəmadi olaraq həyata keçirilir.

23 oktyabr 2018 | 11:00

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin birgə həyata keçirdiyi  “Məcburi köçkün icmalarında cinsi və gender zorakılığının qarşısının alınması və cavab tədbirləri”adlı  Layihəsi çərçivəsində Binəqədi rayonun Gənclər Evində məcburi köçkün icmalarında yaşayan qadınlar  və xüsusi ilə gənc qızlar üçün məişət zorakılığının qarşısının alınması üçün maarifləndirmə tədbirləri  Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi ilə mütəmadi olaraq həyata keçirilir.23 oktyabr 2018-ci il tarixdə növbəti təlim  Layihə Koordinatoru Lyudmila Xəlilova və layihənin eksperti Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin aparıcı məsləhətçisi Məftunə İsmayılova tərəfindən keçirilmişdir. Təlim iştirakçılarına cinsi və gender zorakılığının növləri, fəsadları və onların qarşısını alın mövcud qanunvericilik və müdafiə mexanizmləri, xüsusi ilə də Mühafizə Orderi haqqında geniş məlumat verildi. Qeyd edək ki, tədbirdə məcburi köçkün icmalarda yaşayan 28 nəfər qadın aktiv iştirak edərək layihənin vacibliyini vurğuladılar və layihə çərçivəsində təşkil olunacaq Liderlik Məktəbində iştirak etmək üçün seçim turuna qatılmaq istəklərini bildirdilər.

Keçidlər