Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Təmizlik ayı” çərçivəsində ağacəkmə aksiyası keçirilib

21 aprel 2019 | 11:00

 Ekoloji durumun yaxşılaşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin elan etdiyi “Təmizlik ayı” çərçivəsində 2019-cu il aprelin 21-də Binəqədi Rayon İcra Hakimiyyəti və "Expressbank" ASC-nin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
     Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, "Expressbank" ASC-nin məhsul əməkdaşları, YAP Binəqədi Rayon təşkilatının fəal gəncləri, Binəqədi rayon bələdiyyələrinin, MKTB-nin, Rayon Yaşıllaşdırma idarəsinin əməkdaşları iştirak etmişdilər. 350-dən çox insanın iştirak etdiyi aksiyada Bakı Şəhər İcra Hakimiyyətinin tövsiyyəsinə əsasən Abşeron yarımadasının iqlim şəraitinə uyğun olaraq 400-dən çox müxtəlif növ ağac əkilmişdir. Aksiya zamanı milli ruhda musiqi nümunələri səsləndirilmiş, çay süfrəsi təşkil edilmişdir.
      Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə “Təmizlik ayı” çərçivəsində iməciliklərin hər həftə rayonun müxtəlif ərazilərində keçirilməsi nəzərdə tutulub.

 

Keçidlər