Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsində şəhid Vüqar Tağıyevin adını daşıyan bulaq kompleksinin açılış mərasimi olub

22 aprel 2019 | 11:00

     22.04.2019-cu il tarixində Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsində şəhid Vüqar Tağıyevin adını daşıyan bulaq kompleksinin açılış mərasimi oldu. Açılışda Binəqədi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, bələdiyyə nümayəndələri, şəhidin oxuduğu 297 saylı məktəbin müəllim və şagird heyəti, qohumları iştirak etdi.
       Çıxış edən юəhid anası Tağıyeva Lyubov Antonovna onun müraciətinin müsbət həll olunmasında əziyyəti keçən hər kəsə təşəkkürünü bildirdi. Şəhid anası L.Tağıyeva ölkə başçısı cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qağısının daima şəhid ailələrinin üzərində olduğundan danışdı.
            Daha sonra şəhidin doğum günü münasibətilə ehsan süfrəsi təşkil edildi.

 

 

Keçidlər