Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 248 №-li tam orta məktəbdə “Rayonumuzu Təmiz Saxlayaq” kuboku uğrunda məktəblilər arasında futbol birinciliyi keçirilib

07 may 2019 | 11:00

    Binəqədi rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ərəfəsində 06-07 may 2019-cu il tarixlərində 248 №-li tam orta məktəbdə “Rayonumuzu Təmiz Saxlayaq” kuboku uğrunda məktəblilər arasında futbol birinciliyi keçirilmişdir.
       Birincilikdə rayon orta ümumtəhsil məktəblərinin 5-6-cı sinif şagirdlərindən ibarət komandalar iştirak etmişdir. Birinciliyin nəticəsinə görə I yeri 248 №-li tam orta məktəbin komandası, II yeri 115 №-li tam orta məktəbin komandası, III yeri 83 №-li məktəb-liseyin komandası tutmuşdur.
       Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rauf Həsənov iştirak edərək məktəbliləri təbrik etmiş, onlara dərslərində və idman yarışlarında uğurlar arzulamışdır.
          Qeyd edək ki, futbol birinciliyi Binəqədi Rayon İcra Hakimiyyətinin Başçısının 01 aprel 2019-cu il tarixli, 63 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 2019-cu ilin yaz-yay mövsümü ilə əlaqədar Binəqədi rayonu ərazisində “Rayonumuzu Təmiz Saxlayaq” layihəsinin keçirilməsi ilə bağlı tədbirlər planının 2.9.5. (“Rayonumuzu Təmiz Saxlayaq” kuboku uğrunda idman yarışlarının keçirilməsi) yarım bəndinin icrasına uyğun olaraq həyata keçirilmişdir.

 

Keçidlər