Binəqədi rayonu 30 nömrəli tam orta məktəbdə “Tullantıdan sənətə” sərgisi təşkil edilib
Bakı şəhərində sanitar-təmizlik aylığının keçirilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən yaz-yay mövsümünün başlanması ilə əlaqədar rayonun sanitar-təmizliyini təmin etmək, abadlıq və yaşıllıqları qoruyub saxlamaq və yaxşılaşdırmaq məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq saylı sərəncamı ilə “Rayonumuzu Təmiz Saxlayaq” layihəsinin keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilmişdir. Növbəti tədbir Binəqədi rayonu 30 nömrəli tam orta məktəbdə təşkil edilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Elnur Məmmədov, məktəbin direktoru Rübabə Abdullayeva, məktəbin kollektivi, şagirdlər və valideynlər iştirak etmişdir. Belə ki, tədbirlər planının 1.6-cı bəndinin “Rayonumuzu Təmiz Saxlayaq” layihəsi barədə treninq və seminarların keçirilməsi, söhbətlərin aparılması, səyyar görüşlərdə məlumatların verilməsi və 4.4-cü bəndinin icrası ilə əlaqədar “Tullantıdan sənətə” sərgisi təşkil edilmişdir.
Şagirdlərin təşəbbüsü ilə sonda ümummilli lider Heydər Əliyevin 96 illiyinə həsr olunmuş fləşmob nümayiş etdirildi.