Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 76 nömrəli körpələr evi-uşaq bağçasında “Ən təmiz uşaq bağçası” layihəsi çərçivəsində təmizlik aksiyası keçirilib

21 may 2019 | 11:00


    Bakı şəhərində sanitar-təmizlik aylığının keçirilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən yaz-yay mövsümünün başlanması ilə əlaqədar rayonun sanitar-təmizliyini təmin etmək, abadlıq və yaşıllıqları qoruyub saxlamaq və yaxşılaşdırmaq məqsədilə Binəqədi RİHB-nın müvafiq saylı Sərəncamı ilə “Rayonumuzu Təmiz Saxlayaq” layihəsinin keçirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilmişdir. Növbəti tədbir Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Hacıbababəyov küçəsi 2 ünvanında fəaliyyət göstərən 76 nömrəli körpələr evi-uşaq bağçasında təşkil edilmişdir. Tədbirdə RİH başçısı Aparatının baş məsləhətçisi İlqar Pənahov, bağçanın müdiri İlahə Kərimova, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində fəaliyyət göstərən məktəbəqədər tədris müəssisələrinin müəllimləri iştirak etmişdir. Belə ki, “Rayonumuzu Təmiz Saxlayaq” layihəsi çərçivəsində Tədbirlər Planının 1.6.1-ci bəndinin “Uşaqların maarifləndirilməsi üçün məktəbəqədər tədris müəssisələrinin müəllimlərinə təlimlərın keçirilməsi”, 2.2-ci bəndinin “Ən təmiz uşaq bağçası” barədə məlumatlar verilmiş, ərazilərində iməciliklər keçirilmişdir.

Keçidlər