Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda yerləşən “N” saylı hərbi hissədə maarifləndirici konfrans keçirildi

31 oktyabr 2019 | 11:00
Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki müdafiə qoşunlarının birgə təşkilatçılığı ilə Binəqədi rayonunda yerləşən “N” saylı hərbi hissədə 31 oktyabr 2019-cu il tarixində “Narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı” mövzusunda maarifləndirici konfrans keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, Binəqədi Rayon İcra Hakimiyyəti Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyasının üzvü Seymur Hacıyev, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, hərbi hissənin şəxsi heyət ilə iş üzrə şöbəsinin rəisi, polkovnik Ayaz Əliyev, hərbi hissənin şəxsi heyəti iştirak etdilər.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində keçirilən tədbirdə baş məsləhətçi Seymur Hacıyev “Narkomaniya XXI əsrin bəlasıdır” mövzusunda məruzə etdilər.
Sonra həkim-narkoloq Zamin Əliyev “Narkomaniyanın fəsadları”, polis mayoru Ruslan Həsənov isə “Narkomaniya və ona qarşı mübarizə” mövzularında çıxış etdilər.
Konfrans narkomaniyanın fəsadlarından bəhs edən “Ölümünü sifariş edənlər” sənədli filminin nümayişi ilə yekunlaşdı.

Keçidlər