Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi idmançıları dünya çempionatında yüksək nailiyyət əldə ediblər

25 noyabr 2019 | 11:00
22-24 noyabr 2019-cu il tarixlərində Bakıda “Sərhədçi” İdman Olimpiya Mərkəzində alpaqut Turan döyüş sənəti üzrə ikinci dünya çempionatı keçirildi.
Yarışda 24 ölkədən 500-dən çox idmançı alpaqut döyüş sənətinin beş növü - aypara, batur, caymaz, qurşaq və kaçut üzrə mübarizə aparıb. Azərbaycan bu turnirdə 200-dən çox idmançı ilə təmsil olunub. Üç gün davam edən dünya çempionatının yekun nəticələrinə görə, Azərbaycan komandası ümumi hesabda birinci yeri tutub.
Azərbaycan Alpaqut Federasiyası Turan Döyüş Sistemləri Mərkəzinin Binəqədi filialının sədri, Cəfər Həsənov və Binəqədi rayonu 300 №-li tam orta məktəbin IX sinif şagirdi Elnur Tağıyev də yarışda yüksək nəticə göstərərək II yerə layiq görülüblər.
Qeyd edək ki, “Alpaqut” sözünün mənası “müqəddəs döyüşçü” deməkdir. Alpaqut Turan coğrafiyasında yaşayan, türk xalqlarının ortaq mədəni dünyagörüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim türklərin döyüş mədəniyyətini müasir döyüş sənəti üzərində sistemləşdirən və dərin fəlsəfi-ideoloji məna dayışan idman növüdür. Alpaqut idmanı türk döyüş sənətləri üzrə tədqiqatçı, beynəlxalq dərəcəli idman ustası kutsan Vasif Namazov tərəfindən yaradılıb və türkdilli xalqların qədim döyüş sənətinin müasir döyüş növləri ilə sintezindən ibarətdir.
 
 
Keçidlər