Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda uşaq, yeniyetmə və gənclər arasında “Şahmat” birinciliyi keçirildi

26 noyabr 2019 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının təşkilatçılığı ilə 25 noyabr 2019-cu il tarixində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə uşaq, yeniyetmə və gənclər arasında “Şahmat” birinciliyi keçirildi.
Yarışın hakimi "Təhsil" Respublika İdman Mərkəzinin 4 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin məşqçi-müəllimi Xalidə Həsənova oldu.
Birinciliyin nəticəsinə görə I yeri 244 №-li tam orta məktəbin komandası, II yeri 126 №-li tam orta məktəbin komandası, III yeri 3 №-li tam orta məktəbin komandası tutdu.

Keçidlər