Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının vətəndaş qəbulu keçirilib

04 dekabr 2019 | 11:00

  04 dekabr 2019-cu il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin qəbulu keçirildi. Qəbulda RİH başçısının müavinləri, aparatın şöbə müdirləri iştirak etdilər.

  Qəbulda iştirak edən 11 nəfər sakin müraciətlərində mənzillə təmin olunmağa köməklik göstərilməsi, maddi yardım göstərilməsi, yaşadıqları ərazidə aparılan qanunsuz tikinti işlərinin qarşısının alınması s. problemlərin həllində köməklik göstərilməsini xahiş etdilər. 

   Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev məsələlərin həlli və ya zəruri hallarda araşdırma aparılması ilə əlaqədar aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verdi. Eyni zamanda, RİH başçısı həlli Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmayan digər müraciətlərlə bağlı vətəndaşlara müvafiq izahatlar verdi.

Keçidlər