Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayon məktəbliləri arasında “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda inşa yazı və rəsm müsabiqələri keçirildi

21 yanvar 2020 | 11:00
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda inşa yazı və rəsm müsabiqələri keçirildi.

Bakı Humanitar Kollecinin komissiya üzvlərinin rəyinə əsasən inşa yazı müsabiqəsi üzrə 115 saylı tam orta məktəbin 10 “a” sinif şagirdi Abdullayeva Sevinc birinci yerə, 144 saylı tam orta məktəbin 6 “b” sinif şagirdləri Ağayeva Nərgiz və Əlizadə Hüsniyyə müvafiq olaraq ikinci və üçüncü yerə layiq görüldülər.

Rəsm müsabiqəsi üzrə 298 saylı tam orta məktəbin 8 “c” sinif şagirdi Qənbərli Şəms Rövşən qızı birinci yerə, 100 saylı tam orta məktəbin 9 “d” sinif şagirdi Şaqiyeva Yasmin Rafael qızı ikinci yerə, 179 saylı tam orta məktəbin 8 “b” sinif şagirdi İsmayılzadə Cümşüd Ramil oğlu üçüncü yerə layiq görüldülər.

Rəsm əsərləri Füzuli şəhər 2 nömrəli Uşaq İncəsənət Məktəbinin müəllimi Elvin Şirinov tərəfindən qiymətləndirildi. Rəsmlərdə məktəblilər tərəfindən xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsi, eyni zamanda  faciənin acı nəticələri təsvir edilib.
 
 
 
 
 
 
 
 
 
Keçidlər