Şriftin ölçüsü :

Saytın rəngi :

Hava haqqında məlumat - Xəbərdarlıq

25 iyun 2020 | 11:00
Bakıda və Abşeron yarımadasında

İyunun 25-i gündüzdən 27-si gündüzədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir. 26-sı gündüz, 27-də bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-7° aşağı enəcək, maksimal temperatur 24-27° isti olacaq.
 
Azərbaycanın rayonlarında
 
İyunun 25-i şimal və qərb rayonlarından başlayaraq 28-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv,  Böyük Qafqazın bəzi yerlərində güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək. Şərq küləyi arabir 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s, bəzi Kür vadisi rayonlarda 33-35 m/s-dək güclənəcək.  Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Keçidlər