Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar könüllülərdən ibarət mobil işçi qrupları tərəfindən reydlər davam etdirilir.

14 sentyabr 2020 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə ölkəmizdə elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə icrasına nəzarət, eyni zamanda, əhalinin maarifləndirilməsi məqsədilə Binəqədi rayonunda yaradılmış könüllülərdən ibarət mobil işçi qrupları tərəfindən reydlər davam etdirilir.

Binəqədi RİH yanında İctimai Şuranın üzvlərinin və rayon gənclərin iştirakı ilə müəyyən edilmiş qrafikə uyğun olaraq fəaliyyətinə icazə verilmiş mağazalarda, eləcə də, bir sıra obyektlərdə monitorinqlər həyata keçirilir. Keçirilən reydlərin əsas məqsədi sahibkarların və müştərilərin Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara daha ciddi əməl edilməsinin təbliğ edilməsindən ibarətdir.

Sahibkarlarla aparılan fərdi söhbətlər zamanı tibbi maskalardan və dezinfeksiya məhlullarının istifadəsinin, eləcə də, fiziki məsafənin saxlanılmasının vacibliyi vurğulanır.

Keçidlər