Şriftin ölçüsü :

Saytın rəngi :

“Ermənistan beynəlxalq sülhə təhlükədir” mövzusunda videokonfrans keçirildi

22 sentyabr 2020 | 11:00

22 sentyabr 2020-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyi və Azərbaycan Gənclik Platformasının təşkilatçılığı ilə “Ermənistan beynəlxalq sülhə təhlükədir” mövzusunda “21 sentyabr - Beynəlxalq Sülh Günü” münasibətilə videokonfrans keçirildi.

Tədbirin əsas məqsədi Beynəlxalq Sülh Gününün mahiyyəti və Ermənistanın beynəlxalq sülhə təhlükə olmaqla bərabər, Azərbaycana qarşı apardığı işğal siyasəti haqqında gənclərə məlumat verməkdir.

YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin İdarə Heyətinin üzvü İsa Bayramov giriş nitqi ilə çıxış edərək, gənclərə tədbirin məqsədi haqqında məlumat verdi.

Daha sonra çıxış edən Azərbaycan Gənclik Platformasının sədri Fariz Vəliyev keçirilən tədbirin önəmindən danışaraq, gənclərlə bağlı vətənpərvərlik istiqamətində tədbirlərin daha fəal şəkildə keçirilməsinin vacibliyini vurğuladı.

YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin sədri Fəsli Nəbiyev öz çıxışında Azərbaycanın Qarabağla bağlı haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gənclərin üzərində düşən əsas vəzifələr haqqında danışdı.

Sonda çıxış edən Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Əhmədov iştirakçılara sosial şəbəkələrdə, düşmənə qarşı informasiya müharibəsində gənclərin təbliğat işinə cəlb olunması və Binəqədi rayonunda gənclərlə bu istiqamətdə görülən işləri vurğuladı.

Keçidlər