Şriftin ölçüsü :

Saytın rəngi :

“Binəqədi Şəhidləri: Vəliyev Murad Süleyman oğlu - Şəhidlərimizi tanıyaq və tanıdaq!”

11 fevral 2021 | 11:00

Bu gün Azərbaycanın daha bir igid oğlu- adını xalqımızın qəhrəmanlıq səlnaməsinə yazdıran şəhidimiz Vəliyev Muradın doğum günüdür. Şəhidliyin ünvanı əbədiyyətdir, cənnətdəki ilk doğum günün mübarək, nur üzlü Şəhidimiz!

Vəliyev Murad Süleyman oğlu 11 fevral 1997-ci ildə Moskva şəhərində dünyaya gəlmişdir. 2003-cü ildə Bakı şəhəri S.Məmmədov adına 301 N-li tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2007-ci ildən Bakı şəhəri İ.Məmmədov adına 298 N-li tam orta məktəbdə təhsilini davam etdirmişdir. Ali təhsilini Bakı Biznes Universitetində “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə almışdır. Universiteti bitirdikdən sonra Daşkəsən rayonuna Həqiqi hərbi xidmətə yollanmışdır.

Murad müharibə başlıyan günü 27 sentyabrda könüllü olaraq cəbhəyə yollanmış və komandiri ilə birlikdə həmin gündə Şəhidlik zirvəsinə ucalmışlar. Hüzur mərasiminə gələn tələbə yoldaşlarının dediyinə görə son dəfə görüşərkən hərbi xidmətə gedəcəyini və şəhid olacağını deyibmiş. Murad o müqəddəs adı qazandı.Bilirsiniz ki,şəhidlik insanın Vətənə göstərdiyi sevginin ən ali məqamıdır. Muradın bu məqama çatması onun Vətəninə necə bağlı olduğunu bir daha sübut etdi. Vətən igid övladları, qəhrəman döyüşçüləri, müqəddəs şəhidləri ilə Vətən olur.

Murad Vəliyev Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Bu gün Murad kimi Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə nümunədir.

Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin, YAP Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin fəalları, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin və Biləcəri Bələdiyyəsinin əməkdaşları şəhidimiz Vəliyev Murad Süleyman oğlunun doğum günü münasibətilə onun məzarını və ailəsini ziyarət etdilər.

Keçidlər