Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Vətən müharibəsi Şəhidi, “Vətən uğrunda”, “İgidliyə görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş Polkovnik-leytenant Ruslan Tağıyevin xatirəsinə həsr olunmuş Şahmat turnirinin onlayn açılış mərasimi keçirildi.

16 aprel 2021 | 11:00

16 aprel 2021-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Vətən müharibəsi Şəhidi, “Vətən uğrunda”, “İgidliyə görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş  Polkovnik-leytenant Ruslan Tağıyevin xatirəsinə həsr olunmuş Şahmat turnirinin onlayn formatda açılış mərasimi keçirilmişdir.

Tədbirdən öncə, 15 aprel 2021-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov və əməkdaşları, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev və əməkdaşları, "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəinin direktoru Ələkbər Mustafayev və əməkdaşları və şəhidin ailə üzvləri tərəfindən "Vətən müharibəsi şəhidinin II Fəxri Xiyabandakı məzarı ziyarət olundu, xatirəsi ehtiramla yad edilərək, məzarı önünə gül dəstələri düzüldü.

Şahmat turnirinin açılış mərasimində Vətən müharibəsi Şəhidi, “Vətən uğrunda”, “İgidliyə görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş  Polkovnik-leytenant Ruslan Tağıyevin ailə üzvləri, Millət Vəkili Azay Quliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid  ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi  Namiq Tarverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının aparatının əməkdaşları, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin fəalları və məktəblilər iştirak etmişdir.

Açılış mərasimini giriş sözü ilə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev açaraq iştirakçıları salamlayaraq tədbir iştirakçılarını auditoriyaya təqdim edərək, tədbirin mövzusu ilə bağlı iştirakçıları məlumatlandırdı.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək şəhidimiz Ruslan Tağıyevin timsalında bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa dilədi.  Şəhid Polkovnik-leytenant Ruslan Tağıyev barədə məlumat verərək çıxışına davam etdi.

Sonra Millət Vəkili Azay Quliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid  ailələri ilə işin təşkili şöbəsinin  müdiri  Səməndər Mənəfov 44 günlük şərəfli zəfər yolundan bəhs edərək, qələbədən sonra da bu Şanlı Zəfərin əbədiləşdirilməsi ilə bağlı tədbirlərin keçirilməsinin önəmini tədbir iştirakçıları ilə bölüşdülər.

Ruslan Tağıyevin atası Fuad Tağıyev və həyat yoldaşı Günay Tağıyeva bu günki tədbirdən məmnunluqlarını ifadə edərək, Ruslan Tağıyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə keçirilən tədbirlərin onlara ən böyük mənəvi dəyər olduğunu vurğuladılar. Sonda Turnirin baş hakimi Fidan Talıbova çıxış edərək yarışın keçirilməsi ilə bağlı ümumi qaydaları bir daha tədbir iştirakçılarının nəzərinə çatdıraraq, bütün iştirakçılara yarışda müvəffəqiyyətlər arzu etdi.

 

Keçidlər