Şriftin ölçüsü :

Saytın rəngi :

Cənnətdəki ilk doğum günün mübarək, nur üzlü Şəhidimiz Nihat Natiq oğlu Rzaxanov!

19 aprel 2021 | 11:00

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma elə seçilmiş insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs Şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

Azərbaycanın 44 günlük Vətən müharibəsində iştirak edən qəhrəmanlarımızdan biri ən uca Zirvə-Şəhidlik zirvəsinə ucalmış Nihat Natiq oğlu Rzaxanovdur. Bu gün Nihatın dünayaya göz açdığı gündür. Cənnətdəki ilk doğum günün mübarək nurlu üzlü Şəhidimiz!

Nihat Natiq oğlu Rzaxanov 18 aprel 2001-ci ildə Bakı şəhəri, Biləcəri qəsəbəsində anadan olmuşdu. 2008-ci ildə Şəhid Seymur Məmmədov adına 301 saylı orta məktəbə daxil olmuş, 9 il təhsil aldıqdan sonra işləməyə başlamışdı. 2019-cu il aprel ayında həqiqi hərbi xidmətə çağırılmış və 2020 -ci il oktyabr ayında hərbi xidməti başa çatmalı olsa da, könüllü olaraq, 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak etmişdir. Cəbhənin Cəbrayıl, Füzuli, Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş və 6 noyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlmişdir. 7 noyabr 2020-ci ildə Binəqədi rayonu, Biləcəri qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən “Vətən Müharibəsi Şəhidlərinin Xiyaban Kompleksi”ndə dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Nihat Rzazadə ölümündən sonra "Vətən uğrunda" və  "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə, Binəqədi Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Gənclər Birliyinin fəalları, İcra Hakimiyyəti Başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Biləcəri Bələdiyyəsi, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin əməkdaşları və digər əməkdaşlar şəhidimiz Nihat Natiq oğlu Rzaxanovun doğum günü münasibəti ilə məzarını və ailəsini ziyarət etdilər.

Keçidlər