Şriftin ölçüsü :

Saytın rəngi :

“Qəhrəmanlar ölmür! - yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi”- layihəsinin yekun tədbiri keçirildi

26 aprel 2014 | 10:00

25 aprel 2014-cü il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatında “Şahin” və “Cəsurlar” hərbi-idman və turizm oyunlarının qaliblərinin mükafatlandırılma mərasimi və “Qəhrəmanlar ölmür! - yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi”- layihəsinin yekunu keçirildi.
Tədbir layihə rəhbəri Aytac Əliyevanın təqdimatında baş tutdu. Layihə Azərbaycan Respublikası Prezidenti yanında Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılıldı, Azərbaycanın Milli Qəhrəmanları haqqında məlumatları əks etdirən kitab, broşşur, həmçinin təqvimlər hazırlandı.
Aytac Əliyeva layihə çərçivəsində həyata keçirilən təqdimatlar haqqında məruzə etdi.
Tədbirdə YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Milli Məclisin deputatı, Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Respublikası Prezidenti yanında Azərbaycan Gənclər Fondunun nümayəndəsi Vaqif Seyidəyov çıxış edərək, layihə haqqında fikirlərini bölüşdülər.
Tədbirdə Binəqədi rayonu üzrə “Şahinlər” hərbi idman oyununun qalibləri olan 100, 182, 299, 157 və 248 saylı məktəblər mükafat və diplomlarla təltif edildi. Tədbir Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramovun çıxışı ilə yekunlaşdı.

Keçidlər