Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətinə 2014-cü ilin iyun ayında daxil olan müraciətlər

04 iyul 2014 | 10:00

Binəqədi Rayon İcra Hakimiyyətində rayon sakinlərinin qarşılaşdığı problemlərin həll edilməsi istiqamətində operativ tədbirlər həyata keçirmək, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsini yüksəltmək üçün yaradılmış Sakinlərin Müraciət Xidməti vətəndaşlarla operativ ünsiyyətin yaradılması, onların suallarının dərhal cavablandırılması və şikayət xarakterli müraciətlərinin qeydiyyata alınaraq icraata göndərilməsi baxımından çox faydalı və mütərəqqi xidmət növüdür. Belə ki, ötən il 1646 telefon nömrəsinə daxil olan müraciətlərin statistikası bu xidmətdən istifadə edən vətəndaşların sayının günü-gündən artdığını göstərir.
2014-cü ilin iyun ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətinə (1646)  daxil olan zənglərin sayı 2554, cavablandırılan zənglərin sayı 2177, birbaşa cavablandırılan zənglərin sayı 1597,  yaradılan əks əlaqələrin sayı 839, 1 operator üzrə zənglərin orta sayı  81, tərtib edilən şikayət vərəqələrinin sayı  580 olub. Bundan əlavə icraçılıq səviyyəsi 98,3 %, xidmət səviyyəsi  98,1 % olub.
Şikayət xarakterli müraciətin 570-i və ya 98,3 %-nin icrası təmin edilib, o cümlədən 506-sı və ya 88,7 %-i tam həll olunub, 1-i və ya 0,2 %-i qismən həll edilib, 63- ü və ya 11,1 %-i müvafiq izahat verilərək həll edilib, 10-u və ya 1,7 %-nin həlli icraatdadır.
İyun ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin 386-sı və ya 66,8 %-i su-kanalizasiya, 69-u və ya 11,9 %-i lift problemləri, 51-i və ya 8,8 %-i qaz təchizatı, 18- i  və ya 0,2 %-i zibil və tullantılar ilə əlaqədar, 17-si və ya 0,9 %-i yolların yararsız olması ilə əlaqədar, 16-sı və ya 1,4 %-i sakinləri narahat edən digər məsələlər, 12-si və ya 2,3 %-i elektrik təchizatı ilə bağlı, 11-i və ya 1,4 %-i yaşıllaşdırma idarəsi ilə əlaqədar olub.
Xidmətə ay ərzində 35 təşəkkür müraciəti daxil olub.

Keçidlər