Binəqədi rayonunda “Təmiz Binəqədi”yə dəstək – “Avto Akademiya Binəqədi” layihəsinə başlanıldı
10 iyul 2014-cü il tarixdə “Bakı 2015” I Avropa Oyunları ərəfəsində start götürmüş “Təmiz Binəqədi” sosial layihəsinə dəstək məqsədilə Binəqədi rayon Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “Avto Akademiya Binəqədi” layihəsinin rəsmi açılışı keçirildi. Açılış mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Azərbaycan Respublikası Baş DYP İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin inspektoru Namidan Piriyev, “NURGUN Motors” şirkətinin Müştəri xidmətləri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Reala İsazadə, “RƏVAN Sığorta” şirkətinin Satış və marketinq departamentinin müdiri Mail Nuriyev, “STEP” Xanımlar üçün Professional Sürücülük məktəbinin rəhbəri Sahil Quliyev və layihənin rəhbəri Nərgiz Qurbani iştirak etdilər.
Qeyd edək ki, “Binəqədi-gənclər rayonu” layihəsi çərçivəsində və “Təmiz Binəqədi” sosial layihəsinə dəstək olaraq həyata keçirilən “Avto Akademiya Binəqədi” təlimləri Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi, YAP Binəqədi Rayon Təşkilatı, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi, “NURGUN Motors” şirkəti, “STEP” Xanımlar üçün Professional Sürücülük Məktəbi və “RƏVAN Sığorta” şirkətinin birgə təşkilatçılığı ilə yol təhlükəsizliyinin təmin edilməsi, yol hərəkəti qaydalarının öyrənilməsi, yol hərəkəti mədəniyyətinin yüksəldilməsi və sürücülük vəsiqəsi əldə etmək istəyən gənclərə dəstək olmaq məqsədi daşıyır.
Layihənin davam edəcəyi 1 ay müddətində 50 gəncin nəzəri və praktiki təlimlərə yiyələnməsi nəzərdə tutulub. İştirakçı bölgüsü iki qrup üzrə aparılıb, hər bir iştirakçıya 1 ay ərzində həftədə 2 dəfə olmaqla nəzəri təlimlər, son iki həftədə isə “NURGUN Motors” şirkətinin təqdim etdiyi və “RƏVAN Sığorta” şirkətinin tam sığortaladığı avtomobillə praktiki təlimlər keçirilməsi, daha sonra layihə iştirakçılarının DYP-nin təşkil etdiyi nəzəri imtahan mərhələsində iştirak etmələri planlaşdırılır. Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaqdır.