Şriftin ölçüsü :

Saytın rəngi :

“Təmiz Binəqədi” layihəsi çərçivəsində növbəti aksiya həyata keçirildi

12 iyul 2014 | 10:00

“Bakı 2015” ilk Avropa Oyunlarına hazırlıq məqsədilə keçirilən “Təmiz Binəqədi” layihəsi çərçivəsində növbəti aksiya həyata keçirildi.
Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə baş tutan aksiyada rayon ictimaiyyəti və könüllü gənclər Binəqədi rayonunda yerləşən çimərlik ərazilərində təmizlik işləri apardı və əhalini layihə ilə ətraflı tanış etdi, sakinlərə maarifləndirici təbliğat vasitələri payladılar.
Daha sonra aksiya iştirakçıları çay süfrəsi ətrafında layihə ilə bağlı müzakirələr apardı, gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün əyləncə təşkil edildi.

Keçidlər