Şriftin ölçüsü :

Saytın rəngi :

8-ci mikrorayon ərazisində “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində təmizlik aksiyası keçirildi

26 iyul 2014 | 10:00

İyulun 26-da “Bakı 2015”  İlk Avropa Oyunları ərəfəsində start götürmüş “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı ilə birgə növbəti təmizlik aksiyası həyata keçirildi. Aksiyada Binəqədi RİH başçısı Aparatının əməkdaşları ilə yanaşı, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının fəal gəncləri də aktiv iştirak etdilər.
8-ci mikrorayonda Şövkət Məmmədova küçəsindən başlayan, İbrahimpaşa Dadaşov küçəsində davam edən və Nizami Nərimanov küçəsində yekunlaşan təmizlik aksiyası zamanı ərazi tullantılardan təmizləndi.
Aksiyanın sonunda tədbir iştirakçıları sakinlərlə birgə çay süfrəsi ətrafında məhəllə parkında verilən konsertə tamaşa etdilər.
Sonda aksiya iştirakçıları Tennis Akademiyasında Bakıda qadınlar arasında keçirilən “Baku Cup 2014” turniri çərçivəsində oyunu seyr etdilər.

Keçidlər