Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu ərazisində son bir ay ərzində aparılan abadlıq-quruculuq işləri

04 avqust 2014 | 10:00

2014-cü ilin iyul ayında Binəqədi rayonu ərazisində 442 ünvanda su şəbəkəsində qəzaların qarşısı alınıb, 46 p/m su xətti dəyişdirilib, 553 ünvanda yağış suyu və kanalizasiya şəbəkəsində qəzaların qarşısı alınıb, 7115 p/m kanalizasiya xətti təmizlənib. 
Binəqədi QİS ərazisində ümumilikdə 5166,8 p/m qaz xətti çəkilib, 286 ədəd smartkart tipli sayğac quraşdırılıb.
6, 7, 8-ci mikrorayonlarda binaların istilik xətlərində 317 metr boru, 23 ədəd siyirtmə dəyişdirilib. M.Cəlal küçəsində yaşayış binalarının aşağı paylama istilik xəttində 10 ədəd ventil,  47 ədəd siyirtmə təmir edilib və 29 metr boru bərpa edilib.
221, 231, 337, 338 və 340 saylı qazanxanalarda cari təmir bərpa işləri aparılıb, 3 saylı istilik qazanxanasında təmir-bərpa və proflaktiki tədbirlər görülüb.
TM-9-da 1 ədəd 630 kv-luq transformator, TM-11-də 1 ədəd 1000 kv-luq transformator quraşdırılıb. KTM-233-də 400 kv-luq transformator dəyişdirilib, KTM-246-da köhnə xətlər yeni SİP kabeli əvəz edilib, KTM-840-da təmir işləri aparılıb, 743 saylı KTM yenisi ilə əvəz olunub. TM-304, 704,768, 733, 764, 805, 1273-də avadanlıqlar təmir olunub.
6, 7, 8 və 9-cu mikrorayonlarda, Z.Əliyeva adına parkda, Biləcəri, Binəqədi və Sulutəpə qəsəbələrində 286 ədəd yararsız lampa, 79 ədəd drossel və 590 metr yanmış kabel dəyişdirilib.
Rayon ərazisində 20 binanın fasadında əsaslı təmir işləri davam etdirilir, 17 yaşayış binasının girişində təmir işləri aparılır. 6 binada yumşaq dam örtüyünün çardaqlı dam örtüyü ilə əvəz edilməsinə başlanılıb.
8-ci mikrorayonda 4 binanın su xəttləri yenidən çəkilir və sayğaclaşdırılır.
5 binanın həyətində abadlıq işləri aparılır. Ümumilikdə 31 ədəd yeni işıq dirəyi quraşdırılıb. Azadlıq prospektində 2900 ədəd gül əkilib.
9-cu mikrarayon Adil Məmmədov küçəsi 115 ünvanında məhəllələrarası yeni park sakinlərin istifadəsinə verilib.   
“Təmiz Binəqədi” layihəsi çərçivəsində iyul ayında bir çox ünvanlarda iməciliklər və təmizlik aksiyaları keçirilib.

Keçidlər