Şriftin ölçüsü :

Saytın rəngi :

“Ən təmiz MKİS” müsabiqəsinin qalibləri elan olundu

13 oktyabr 2014 | 10:00

“Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində nəzərdə tutulmuş tədbirlər uğurla icra edilir. Layihə çərçivəsində rayonun müxtəlif ərazilərində mütəmadi olaraq iməciliklər və digər tədbirlər keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən imzalanmış sərəncama uyğun olaraq, “Təmiz Binəqədi” layihəsi ilə əlaqədar sahibkarlıq subyektləri və dövlət müəssisələri arasında müsabiqələr təşkil edilib. Belə müsabiqələrin biri də “Ən təmiz MKİS” müsabiqəsidir.
İki ay davam edən müsabiqəyə oktyabrın 1-də  yekun vuruldu. Mükafatlandırma mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, “Ən təmiz MKİS” müsabiqəsinin münsiflər heyətinin sədri İlqar Süleymanov,  RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri və məsul şəxsləri, rayon Mənzil Kommunal-Təsərrüfat Birliyinin rəhbərliyi və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Binəqədi RİH başçısı Aparatının Təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov müsabiqənin davam etdiyi müddətdə rayon ərazisində 15 təmizlik aksiyasının  həyata keçirildiyini bildirdi, bu müddət ərzində MKİS-lərin xidməti ərazilərində görülən işlər haqqında məlumat verdi.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, “Ən təmiz MKİS” müsabiqəsinin münsiflər heyətinin sədri İlqar Süleymanov 2015-ci ilin iyun-iyul aylarında Bakı şəhərində I Avropa Olimpiya Oyunlarının keçirilməsi ilə əlaqədar rayonda start götürən “Təmiz Binəqədi” layihəsinin məqsədi və layihə ilə əlaqədar görülən işlər haqqında məlumat verdi.
Sonra qaliblərin təltif olunması mərasimi keçirildi. Yekun qərara görə, müsabiqənin qalibi 8-ci mikrorayonda yerləşən 1 saylı Mənzil-Kommunal İstismar Sahəsi, ikinci yerə 7-ci mikrorayonda fəaliyyət göstərən  80, üçüncü yerə isə 9-cu mikrorayonda fəaliyyət göstərən 95 saylı MKİS layiq görüldü. 9-cu mikrorayonun ərazisində yerləşən 108 və 92 saylı MKİS-lərə həvəsləndirici mükafatlar təqdim olundu. Binəqədi Rayon MKTB-nin əməkdaşları  fəxri fərmanlarla təltif edildilər.
Tədbir konsert proqramı ilə davam etdirildi.

Keçidlər