Şriftin ölçüsü :

Saytın rəngi :

“Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirildi

20 oktyabr 2014 | 10:00

   19 oktyabrda Binəqədi rayonunda “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti və “Bank of Baku”nun birgə təşkilatçılığı ilə genişmiqyaslı ağacəkmə aksiyası keçirildi.
Aksiya çərçivəsində “Dərnəgül” metrostansiyasının yaxınlığında yüz ədəd ağac əkildi.
   Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, “Bank of Baku”nun İdarə Heyəti sədrinin müavini Zaur Qaraisayev də iştirak etdilər.
    Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tədbirdə çıxış edərək “Təmiz Binəqədi” sosial layihəsi barədə məlumat verdi, belə ağacəkmə aksiyalarında iştirakı layihəyə göstərilən dəstək kimi qiymətləndirdi. Zaur Qaraisayev isə çıxışında Binəqədi Rayon İcra Hakimiyyətinin son aylarda həyata keçirdiyi “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində rayonda görülən işlərə danışaraq canlı təbiət massivlərinin geniş vüsət alması üçün belə aksiyaların keçirilməsində özəl sektorun fəal iştirakının vacibliyini qeyd etdi.
    “Təbiətin bizə ehtiyacı var!” şüarı altında keçirilən ekoloji aksiya zamanı ərazidə Eldar şamı ağacları əkildi. Bu ağac növü yerli mühitə uğurlu şəkildə uyğunlaşması və yayılması ilə tanınıb, karbon qazını udaraq əvəzində oksigen ixrac etməsi və beləliklə ekologiyaya verdiyi əvəzsiz töhfəsi ilə tanınır.

Keçidlər