Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda uşaqlar üçün Yeni il şənliyi keçirildi

25 dekabr 2014 | 11:00

Dekabrın 25-də Binəqədi rayonunda uşaqlar üçün Yeni il şənliyi keçirildi. Binəqədi qəsəbəsi Mərkəzi Mədəniyyət Evində gerçəkləşən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, RİH başçısı Aparatının məsul işçiləri, rayon ərazisində yerləşən məktəbəqədər təhsil müəssisələrinin  uşaqları iştirak etdilər.
Tədbirdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı aktyor truppasının ifasında  uşaqların böyük maraq və sevinclə qarşıladığı “Tıx-tıx xanımın nağılı” səhnələşdirildi.
Tədbirin sonunda uşaqlara yeni il hədiyyələri  təqdim edildi.

Keçidlər