Şriftin ölçüsü :

Saytın rəngi :

“Təmiz Binəqədi – Təmiz İdeya ” müsabiqəsi elan edildi

14 yanvar 2015 | 11:00

Müsabiqənin məqsədi:
Bakı 2015 Avropa Oyunları ərəfəsində Binəqədi rayonunda keçirilən “Təmiz Binəqədi” layihəsi çərçivəsində görülən işlərin, həmçinin rayonun sosial-iqtisadi və ictimai həyatında baş verən proseslərin ictimaiyyətə daha dolğun və yaxından çatdırılması işində peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaq.

Müsabiqənin mövzusu:
“ Təmiz Binəqədi –Təmiz İdeya”

Müsabiqədə iştirak:
Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər:
1. Dərc olunmuş yazıların sərlövhələri mövzuya uyğun olmalı
2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər
3. Qəzet və yaxud saytda dərc olunmuş yazıda “Binəqədi Rayon İcra Hakimiyyətinin Bakı 2015 Avropa oyunları ərəfəsində elan olunan “Təmiz Binəqədi” layihəsi çərçivəsində keçirilən müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.

Yazıların qəbul qaydaları:
1. Yazı KİV-də yayımlandıqdan sonra müəllif tərəfindən şəxsən Binəqədi Rayon İcra Hakimiyyətinə təqdim olunmalıdır.
2. Yazının elektron variantı (Times New Roman (12) şriftində CD diskdə) – 1 nüsxə

Qiymətləndirmə meyarları
Müəllif mövzuya istənilən rakursdan yanaşmaqla yaradıcı potensialını nümayiş etdirməli.

Keçidlər