Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Həmzə Babaşovun xatirəsi anıldı

30 yanvar 2015 | 11:00

2015-ci il yanvarın 30-da Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Binəqədi rayonu Həmzə Babaşov küçəsində  Qarabağ müharibəsində şəhid olmuş Həmzə Babaşovun büstü önündə mərhumun anım günü keçirildi.
Anım günündə Həmzə Babaşovun ailə üzvləri, döyüş yoldaşları, ictimai birliklərin nümayəndələri iştirak etdi.
Tədbiri giriş sözü ilə açan “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri İlham Qayıbzadə Həmzə Babaşovun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışaraq qeyd etdi ki, Qarabağda başlayan savaş onun cəbhəyə yollanmasına səbəb oldu. Könüllü olaraq müharibəyə gedən Həmzə Babaşov döyüş yoldaşlarına nümunə göstərdi.
Tədbirdə mərhumun döyüş yoldaşları və müharibə veteranları öz təəssüratlarını bildirdilər. Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Fərzəliyev və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov şəhidin  şəxsi şücaətindən və iştirak etdiyi döyüş əməliyyatlarından danışdılar. Mərhumun qardaşı Şakir Yaqubov ailə üzvlərinin adından şəhid ailələrinə göstərdikləri diqqət və  qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və rayon rəhbərliyinə öz təşəkkürünü bildirdi.
Tədbirin sonunda Akademik Milli Dram Teatrının aktrisası Şəhla Əliqızının ifasında bədii qiraət dinlənildi.

Keçidlər