Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda səyyar əmək birjası təşkil edildi

27 fevral 2015 | 11:00

Fevralın 27-də Binəqədi Rayon Məşğulluq Mərkəzi və Bakı Əmək Birjasının birgə təşkilatçılığı ilə səyyar əmək birjası keçirildi.
7-ci mikrorayon, Abay Kunanbayev küçəsi 9/33 ünvanında gerçəkləşən tədbirin keçirilməsində əsas məqsəd həmin ərazidə yaşayan işaxtaran vətəndaşları əmək bazarında olan mövcud vəziyyətlə tanış etmək, Məşğulluq Mərkəzinə daxil olmuş vakansiyaları işaxtaranlara təklif etmək və mərkəz tərəfindən təşkil olunan peşə kursları barədə məlumat verməkdən ibarət idi.
Ümumilikdə, əmək birjasına 45 müəssisədən 771 boş (vakant) iş yerləri çıxarıldı. İştirakçılara 33 dövlət müəssisəsindən 696 vakansiya, 11 qeyri-dövlət müəssisəsindən 73 vakansiya, 1 xarici şirkətdən 2 vakansiya təklif olundu.
Səyyar əmək birjasının nəqliyyat vasitəsinə quraşdırılan monitorlarda mərkəzə daxil olmuş vakansiyalar barədə məlumat və Dövlət Məşğulluq Xidmətinin fəaliyyəti barədə videoçarx yayımlandı.
Tədbirin gedişində 42 nəfər işaxtaran müraciət etdi, onlardan 11 nəfərə vakant iş yerlərinə göndəriş verildi, 4 nəfər Məşğulluq Mərkəzi tərəfindən təşkil olunan peşə kurslarına cəlb olunmaq üçün qeydiyyatdan keçdi, işaxtaranlardan 18 nəfər özləri barədə şəxsi məlumatları təqdim etdilər.

Keçidlər