Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirildi

14 mart 2015 | 11:00

Martın 14-də Kənd Təsərrüfatı naziri Heydər Əsədov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Binəqədi rayonunda “Elite” Ticarət Mərkəzinin yaxınlığında açılmış kənd təsərrüfatı məhsullarının satış yarmarkalarına baş çəkdilər.
Nazir burada satıcılar və alıcılar üçün yaradılmış şəraitlə tanış oldu, qiymətlər və məhsulun keyfiyyəti ilə maraqlandı, paytaxt sakinlərinin rəy və təkliflərini dinlədi və müvafiq tapşırıq və tövsiyələrini verdi.
Yarmarkada alıcılar və satıcılar onlar üçün yaradılan bu əlverişli şəraitə görə cənab Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Kənd Təsərrüfatı naziri Heydər Əsədov keçən ilin müvafiq dövrü ilə müqayisədə qiymətlərdə heç bir artımın olmadığını vurğuladı.
Yarmarka Novruz bayramı boyu davam etdiriləcək.

Keçidlər