Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon yeni ilin gəlişinə hazırlaşır

01 yanvar 2013 | 11:00

Yeni ilin gəlişi münasibətilə rayonda tərtibat və bəzək işləri aparılır. Rayonun bütün parklarında yolkalar quraşdırılır. Belə ki, Corce Enesku parkında, “Azadlıq prospekti” metrosunun üzərindəki parkda, Bakı-Sumqayıt yolunda, rayonun bütün qəsəbələrində, iri şirkətlərin qarşısında, Dərnəgüldə qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yataqxanın ərazisində və digər ərazilərdə yolkalar quraşdırılıb.
Azadlıq prospekti boyunca dirəklər xüsusi işıqlandırma sistemi olan lövhələrlə bəzədilib. Həmçinin prospekt boyunca 100 ədəd təbii ağac işıqlandırılıb.
Bakı-Sumqayıt yolunda yolka və qar adamı quraşdırılıb.
Azadlıq prospektinin üzərində piyadalar üçün yol keçidinin üzərində yeni il təsvirli tablolar quraşdırılıb.
Bayrama hazırlıq işlərinin yaxın günlər ərzində tam yekunlaşacağı planlaşdırılır.
Görülən bütün işlər şəhərin sakinləri üçündür və əsas məqsəd sakinlərində yeni il əhval-ruhiyyəsi yaratmaqdır.
 

Keçidlər