Binəqədi rayon sahibkarları ilə görüş keçirildi
Dekabrın 24-də Azərbaycan Respublikası Vergilər Nazirliyinin dəstəyi və Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Binəqədi rayon sahibkarları ilə görüş keçirildi.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin idarə rəisi Ağami Tahirov, Vergilər Nazirliyinin şöbə rəisi Bəxtiyar Abdurəhmanov və rayon sahibkarları iştirak etdilər.
Tədbirdə Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli 1384-IVQD nömrəli Qanunu ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı məlumat verildi, daha sonra sahibkarların çoxsaylı sualları cavablandırıldı.