Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qaldırılan tapşırıqların icra olunması istiqamətində görüləcək işlərlə bağlı müşavirə keçirildi

18 yanvar 2016 | 11:00

Məlum olduğu kimi, 10 yanvar 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirildi.
İclasda qaldırılan tapşırıqların icra olunması istiqamətində görüləcək işlərin icrası ilə əlaqədar 18 yanvar tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının rayon müşavirəsi keçirildi. 
Müşavirədə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayon icra nümayəndəlikləri, bələdiyyələr, kommunal və bir sıra strukturların rəhbərləri iştirak etdilər.
Müşavirədə şəhər, rayon icra hakimiyyətləri tərəfindən müvafiq ərazilərdə iqtisadi durumun yaxşılaşdırılması, dotasiyalardan asılılığının minimuma endirilməsi məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, keçirilən tenderlərdə şəffaflığın təmin olunması, kiçik və orta sahibkarlığın inkişafı və  əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, kənd təsərrüfatında islahatların genişləndirilməsi, yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsi məsələləri müzakirə edildi.
Müşavirənin sonunda Rayon İcra Hakimiyyəti tərəfindən yaradılmış süni qiymət artımının qarşısının alınması istiqamətində fəaliyyət göstərən komisiyanın məruzəsi dinlənildi və müvafiq tapşırıqlar verildi.

Keçidlər