Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunun iri və orta sahibkarlarlıq subyektləri ilə görüş keçirildi

18 yanvar 2016 | 11:00

Ölkə prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yerli sahibkarların da Azərbaycan iqtisadiyyatına daha çox sərmayə qoymalı olduqlarını qeyd etdi. Xüsusilə dövlət tərəfindən verilən güzəştli kreditlərin sahibkarlara verildikdə onların qarşısında sərmayənin məhz hansı sahəyə yatırmalı olduqlarının şərt kimi qoyulduğunu deyən dövlət başçısı ölkəmizdə artıq daha geniş biznes təbəqəsinin və iş adamlarının olduğunu bildirdi. Onların da öz sərmayələrini məhz ölkə iqtisadiyyatına, ilk növbədə sərmayənin iqtisadiyyatın real sektoruna - istehsal sahələrinin yaradılmasına, kənd təsərrüfatına, sənayenin inkişafına və xidmət sektoruna yatırmalı olduqları, dövlət qurumlarının isə - həm mərkəzi dövlət orqanlarının, həm yerlərdəki icra orqanlarının onlar üçün bütün şəraitin yaratmalı olduqları vurğulandı.
Ölkə prezidentinin tapşırıqlarına əsasən 18 yanvar 2016-cı il tarixində Binəqədi rayonunda fəaliyyət göstərən müxtəlif təyinatlı sahibkarlarla görüş keçirildi.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini İlqar Süleymanov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov iştirak etdilər.
İlk öncə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikasında milli iqtisadi inkişafı təmin edən mühüm faktorlardan biri olan sahibkarlığın inkişafı məqsədilə son illər xüsusi dövlət proqramları qəbul edilib və zəruri tədbirlər həyata keçirilib. Bu da sahibkarlığın inkişafının dövlətimizin diqqət mərkəzində olduğunun göstəricisidir. Ümumilikdə, sahibkarlığın inkişafı özəl sektorun tərəqqisinə əhəmiyyətli töhfələr verir və bu amil öz növbəsində ölkə iqtisadiyyatının dinamik inkişafının davam etməsində mühüm rol oynayır. Dayanıqlı iqtisadi sistemin formalaşmasında və dinamik inkişaf əldə etməsində altqurum institutu kimi mühüm rola malik olan sahibkarlıq fəaliyyəti təkcə iqtisadi tərəqqiyə təkan verən faktor kimi çıxış etmir, eyni zamanda, sosial rifah halının yaxşılaşmasında, işsizliyin aradan qaldırılmasında əhəmiyyətli vasitə rolunu oynayır.
Sonda tədbirdə iştirak edən sahibkarlar rayonun potensialına uyğun olaraq müxtəlif investisiya layihələrinin həyata keçirilməsi məqsədilə təkliflər verdilər və onları narahat edən problemlər barəsində müzakirələr apardılar.

Keçidlər