Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunun bələdiyyələri Gədəbəy rayonuna səfər etdilər

28 yanvar 2016 | 11:00

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar olaraq Binəqədi rayonunun bələdiyyələri Gədəbəy rayonuna səfər etdilər.
Səfərdə Binəqədi Rayon İcra Hakimiyyəti  başçısının birinci müavini İlqar Süleymanov, Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov və Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva iştirak etdilər.
Səfər çərçivəsində əvvəlcə Gədəbəy rayonun təşkil etdiyi kənd təsərrüfatı məhsullarının sərgisi ilə tanışlıq oldu. Daha sonra Binəqədi və Gədəbəy rayonlarının bələdiyyələri arasında qarşılıqlı fəaliyyət proqramına dair niyyət protokolu imzalandı. Niyyət protokoluna əsasən tərəflər bir çox sahələr üzrə əməkdaşlıq edəcəklər, xüsusilə də kənd təsərrüfatı və emal müəssisələri məhsullarının Binəqədi rayonu ərazisində satışını həyata keçirilməsi nəzərdə tutulub. Dostluq münasibətləri çərçivəsində mədəni-kütləvi tədbirlərin keçirilməsi də planlaşdırılır.

Keçidlər