Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 2 Fevral - Azərbaycan Gənclər Günü qeyd edildi

01 fevral 2016 | 11:00

Fevralın 1-də Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı və Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “2 Fevral Azərbaycan Gənclər Günü” qeyd edildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Binəqədi rayonunun millət vəkili Azay Quliyev, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov və rayonun fəal gəncləri iştirak etdilər.
İlk öncə tədbirin aparıcısı tədbiri açıq elan etdi.
Daha sonra Binəqədi gəncləri adından Mahmud Mahmudov çıxış edərək bu gün ölkədə gənclər üçün yaradılan şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə təşəkkür etdi və sonda gəncləri vətənimiz, dövlətimiz naminə həmrəyliyə səslədi.
Sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Binəqədi rayonunun millət vəkili Azay Quliyev, Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov “2 Fevral Azərbaycan Gənclər Günü”nün əhəmiyyətindən danışaraq, bu günün Ulu Öndərimiz tərəfindən gənclərə hədiyyə edildiyini diqqətə çatdırdılar. Natiqlər ölkə başçısı tərəfindən gənclər siyasətinə qiymət verildiyini vurğulayaraq bugün Azərbaycan gəncliyinin ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçildiyini və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynadığını bildirdilər. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqənin cəmiyyətin avanqard qüvvəsinə çevrilidiyini qeyd etdilər.
Çıxışlardan sonra “2 Fevral Azərbaycan Gənclər Günü” ilə bağlı rayonun ictimai, siyasi həyatında fərqlənən bir qrup Binəqədi gənci mükafatlandırıldı.
Tədbirdə həmçinin Azərbaycanın 2016-cı ilin iyun ayinda “Formula 1 Avropa Qrand pri” yarışına ev sahibliyi etməsi nəzərə alınaraq Kartinq yarışı keçirildi və final mərhələsində qalib gələn komandalar da mükafatlandırıldı.
Mükafatlandırma mərasimindən sonra tədbir rayonun istedadlı gəncləri və incəsənət ulduzlarının iştirakı ilə bədii hissə ilə davam etdirildi.
Tədbirin sonunda gənclər üçün uduş lotoreyası təşkil edildi və qalib gələn gənclərə hədiyyələr təqdim edildi.

Keçidlər