Şriftin ölçüsü :

Saytın rəngi :

Musayev Madər Ələsgər oğlu – Milli Məclisin üzvü, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, “Şöhrət ordeni” təltifçisi

26 noyabr 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. Eyni dairədən 6 dəfə təkrar, ard-arda müstəqillik dövründə 6 dəfə, ümumilikdə 7 dəfə seçilən seçilən yeganə deputatdır.

Moskva Kooperativ İnstitutu Bakı filialının sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirmişdir. "Şöhrət" ordeni ilə təltif edilmişdir. Rus dilini bilir.

On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, I, II, III, IVŞ, V və VI çağırış 10 saylı Binəqədi üçüncü dairə seçki komissiyasından Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Azərbaycan-Gürcüstan, Azərbaycan-İran, Azərbaycan-Pakistan, Azərbaycan-Rusiya, Azərbaycan-Səudiyyə Ərəbistanı, Azərbaycan-Tacikistan, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilmişdir.

Evlidir, 3 övladı var.

 

Keçidlər