Şriftin ölçüsü :

Saytın rəngi :

2014-2015-ci tədris ili

 
Azərbaycan Respublikası Prezidentinin 2014/2015-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında 9 sentyabr 2014-cü il tarixli Sərəncamına əsasən aşağıda adları qeyd olunan orta məktəb məzunları Prezident təqaüdünə layiq görülmüşlər:
 
1. Rüstəm Əliyev adına 3№-li məktəb - Şərifov Ayaz (687 bal)
2. Elşad Həmidov adına 267№-li məktəb - Qəhramanova Aytac (685 bal)
3. Tərlan Heybətov adına  126№-li məktəb - Həsənzadə Rasim (682 bal)

2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə 5000 (beş min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılan müəllimlər:
 
1. Xudiyeva Xatirə Rafiq – 83 nömrəli məktəb-lisey, təsviri incəsənət müəllimi
2. Məmmədova Şirincan – 126 nömrəli tam orta məktəb, tarix müəllimi
3. Əliyeva Nəzakət Səlim-157 nömrəli tam orta məktəb, ibtidadi sinif müəllimi
4. İsmayılov Mərdan Rəhim-313 nömrəli tam orta məktəb, riyaziyyat müəllimi
5. Əyyubzadə Günay Teyyub-314 nömrəli tam orta məktəb, cöğrafiyya müəllimi
 
2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsində müvəffəqiyyət qazandıqlarına görə 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılan ümumi təhsil müəssisələri:
1. 3 nömrəli tam orta məktəb
2. 267 nömrəli məktəb-lisey
 
Keçidlər