2017-ci ilin üçüncü rübü
TİKİNTİ
2017-ci ilin yanvar-sentyabr aylarında Binəqədi rayonunda bütün maliyyə mənbələri hesabına 25866,4 min manat əsas fondlar istifadəyə verilmişdir.
2017-ci ilin yanvar-sentyabr aylarında rayonda maliyyə mənbələri hesabına ümumi sahəsi 40250,1 kv.metr olan 176 yeni yaşayış evi istifadəyə verilmişdir. Bütün yaşayış evləri əhalinin şəxsi vəsaiti hesabına tikilmiş və yaşayış evlərinin sahəsi 21444,3 kv. metr, onların real bazar dəyəri isə 20875,7 min manat olmuşdur.
2017-ci ilin yanvar-sentyabr aylarında rayonun sosial və iqtisadi sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 44164,4 min manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 94,3 faiz təşkil etmişdir.
Qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 28664,3 min manat (64,9 faiz), dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar isə 15500,1 min manat (35,1 faiz) sərmayə yönəltmişlər.
2017-ci ilin yanvar-sentyabr aylarında 38840,7 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 91,4 faiz təşkil etmişdir.
2017-ci ilin yanvar-sentyabr aylarında tikinti təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 162543,9 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,2 faiz artmışdır.
Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin tikinti, yenudənqurma, genişləndirmə, texniki vasitələrin yenidən təchiz edilməsi 2017-ci ilin yanvar-sentyabr aylarında 33816,0 min manat, sair tikinti işləri 39046,5 min manat və ya əvvəlki ilin eyni dövrünə nisbətən müvafiq olaraq 94,6 faiz, və 92,0 faiz təşkil etmişdir.
Əsaslı təmir 63480,1 min manat, cari təmir 26201,3 min manat və əvvəlki ilin müvafiq dövrünə nisbətən 27,1 faiz və 26,8 faiz artmışdır.
Qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi 106499,0 min manat (65,5 faiz), dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi isə 56044,9 min manat (34,5 faiz) olmuşdur.
2017-Cİ İLİN YANVAR-SENTYABR AYLARINDA ƏSAS KAPİTALA YÖNƏLDİLMİŞ İNVESTİSİYALAR VƏ TİKİNTİ-QURAŞDIRMA İŞLƏRİNİN YERİNƏ YETİRİLMƏSİ
|
Əsas kapitala yönəldilmiş
investisiyalar
|
o cümlədən
tikinti-quraşdırma işləri
|
||
Cəmi,
min
manat
|
Əvvəlki ilin müvafiq
dövrünə nisbətən,
faizlə
|
Cəmi,
min
manat
|
Əvvəlki ilin müvafiq dövrünə nisbətən,
faizlə
|
|
Binəqədi rayonu üzrə
|
44164,4
|
94,3
|
38840,7
|
91,4
|
2017-Cİ İLİN YANVAR-SENTYABR AYLARINDA TİKİNTİ MÜƏSSİSƏLƏRİ TƏRƏFİNDƏN YERİNƏ YETİRİLMİŞ İNŞAAT İŞLƏRİNİN DƏYƏRİ
|
Cəmi,
min manat
|
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə
|
Binəqədi rayonu üzrə
|
162543,9
|
109,2
|
Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat
işlərinin strukturu
(ümumi yekuna görə, faizlə)
2017-Cİ İLİN YANVAR-AVQUST AYLARINDA TİKİNTİ MÜƏSSİSƏLƏRİNDƏ İŞLƏYƏN İŞÇİLƏRİN ORTA SİYAHI SAYI VƏ BİR İŞÇİNİN
ORTA AYLIQ ƏMƏK HAQQI
|
İşçilərin orta siyahı sayı
|
Əvvəlki ilin müvafiq dövrünə
nisbətən,
faizlə
|
İşçilərin orta
aylıq əmək
haqqı
|
Əvvəlki ilin müvafiq dövrünə
nisbətən,
faizlə
|
Binəqədi rayonu üzrə
|
3450
|
99,3
|
547,5
|
141,8
|
2017-ci ilin yanvar-avqust aylarında inşaat sektorunda işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7faiz azalaraq 3450 nəfər olmuş, orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 41,8 faiz artaraq 547,5 manat təşkil etmişdir.